F-1.az xatırladır ki, fransalı sürücü Avstraliyada sıralanma turunda 7-ci olsa da, Rikkardonun cəzasına görə yarışa 6-cı yerdən başlayacaq.
Roman Qrojan: “Qışda işləməyimizin qarşılığını aldığımız üçün xoşbəxtik. Bu nəticə testlərdəki performansımızı təsdiqlədi. Bolidi son həddə qədər istifadə etdim və hər şey yaxşı idi. Uzun illərdir bu hissi yaşamırdım və buna görə də həzz aldım. Kevin ilə birlikdə 3-cərgədən başlamaq komanda üçün əla nəticədir. Yarışda arxadakı sürücüləri elə arxamızda saxlamaq istəyirik. Yaxşı xallar ala bilərik, amma əvvəl sakit olmalıyıq. Mövsümə əla başladıq və qürur duyuruq. Ümid edirəm, 21 yarışın hamısı belə olar”.