R.Qrojan yeni mövsümü dəyərləndirib

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Renault və McLaren bu il orta qrupdan ayrılacaq.

F-1.az xatırladır ki, bu il əksəriyyət Renault-dan ciddi inkişaf gözləyir. McLaren bu ildən Renault mühərriklərinə keçir və buna görə britaniyalıların yenidən mübarizəyə qayıtması gözlənilir.

Roman Qrojan: “Bəzi komandalar güclü mühərrik hesabına yuxarı pillələr uğrunda mübarizə aparacaqlar. Bəziləri isə, əksinə, zəif mühərriklə gerilərə düşəcəklər. Buna görə də əlimizdən gələni etməliyik. Harada inkişaf etməliyik, bilirik və buna görə də daha yaxşı ola biləcəyimiz sahələr var. Yeniliklərin yaxşı işləməsinə əmin olmalıyıq. Əks halda üç ayımız itəcək.

McLaren bu il çox güclü olacaq. Yaxşı resursları var və Formula1-in ən yaxşı bazalarından biri onlarldadır. Renault da əla mühərrikdir. Etibarlılıq problemləri yaşasalar da performans cəhətdən güclüdürlər. Renault komandası da əla işləyir. Onsuz da bizdən öndə idilər və bu il daha da güclü olacaqlar. Əsl müəmma isə Williams və Force İndia komandalarıdır. McLaren, məncə, Red Bull-a yaxın olacaq. Renault da onlara yaxın olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*