F-1.az xatırladır ki, bu il təqvimdə ilk dəfə olaraq 22 yarış olacaq. Əksəriyyət buna görə narazıdır, çünki komanda işçiləri ailəsinə vaxt ayıra bilməyəcəklər.
Lakin üç uşaq atası olan Qrojan yarışların sayının artmasından narahat deyil: “Yarışların sayının artması mənə təsir etməyəcək. Çünki mövsüm bitdikdən sonra uşaqlarla vaxt keçirməyə vaxtım olur. Hər gün işə getmirəm. Səhər uşaqları məktəbə və bağçaya aparıb, sonra onları götürə bilirəm. Bilirlər ki, avtoidmanda daha uzun illər qalacağam. Mənim də işim budur. Uşaqlar mənim qalmağımı istəyəndə evdən ayrılmaq çətin olur, ancaq bu, sadəcə bir həftəsonudur”.