F-1.az xatırladır ki, Pirelli birinci qış testlərinin son günündə yağış təkərlərinin üzərində işləyib. İtalyanlar trası süni formada isladaraq təkərlər haqqında məlumat toplamaq istəyiblər.
Haas komandasının sürücüsü yağış təkərləri barədə fikirlərini bölüşüb: “Yağış təkərləri cəlbedici idi. Keçən ilə nisbətən xeyli inkişaf ediblər. Təkərin qızması normaldır. Keçid təkərləri isə tək dövrə üçün yaxşıdır, amma tez yeyilirlər. Hələ görüləsi işlər var. Amma keçən ilə nisbətən daha yaxşı vəziyyətdədirlər”.