R.Qrojan: “Yağış təkərləri təkmilləşdirilməlidir”

Roman Qrojan yarış günü bolidini trasa çıxararkən qəza etmiş və yarışda start ala bilməmişdi. Fransalı Pirelli-nin yağış təkərlərinin inkişaf etdirilməsini istəyir...

F-1.az xatırladır ki, Qrojan sıralanma turunda 7-ci yeri tutmuşdu.

Yarış vaxtı sürücülərin çoxu yerində fırlandığı halda Makus Eriksson, Kimi Rəykkönen və Felipe Massa bolidin idarəetməsini itirərək yarışxarici qalmışdı.

Roman Qrojan: “Sözün açığı nə olduğunu bilmirəm. Eyni problemi başqa iki sürücü də yaşadı. Məncə, yağış təkərlərini inkişaf etdirməliyik. Qəza zamanı bolidi tam güclə sürmürdüm. Yağış təkərləri pis təkərlərdir və asfaltla ilişmələri yoxdur. Düzlükdə bolidi idarə etmək çətindir və bunu etmək üçün risk almalısınız. Sıralanmada yaxşı yer tutsaq da, start cizgisinə gedəndə qəza etdim. Trasdakı dərəni qalxarkən bolidin idarəetməsini itirdim. Arxa tərəf çox sürüşdü və arxa tərəfin idarəetməsini itirdim. Boliddə bəzi rejimləri açıb-bağlamaqla düzələn şey deyildi. Hər şey nəzarətimdən çıxmışdı”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*