F-1.az xatırladır ki, fransalı sürücü keçən il burada 6-cı yeri tutaraq, komandası Haas-a ilk xallarını qazandırmışdı.
Roman Qrojan: “Qış testlərində neçənci olacağımızı tam olaraq bilmirdim, amma bu gün özümü rahat hiss etdim. Gözəl nəticənin gələcəyini anlamışdım. Bilirik ki, öndəki 3 komandanı məğlub etmək çətindir. Boş xəyallar qurmuruq. Məqsədimiz onlardan sonra ən sürətli komanda olmaqdır. Amma xallar yarışda verilir. Buna görə də sakit qalmalı və sabah əlimizdən gələnin ən yaxşısını etməliyik”.