F-1.az xatırladır ki, fransalı sürücü yarışa 7-ci yerdən başlasa da, ilk dövrədə 9-cu yerə düşmüşdü. Qrojan iki dəfə pit edərək, yarışı 11-ci yerdə bitirmişdi.
Roman Qrojan: “Yarışdan sonra heç vaxt belə məyus olmamışdım. Çünki bolidimiz Williams-dan sürətli idi. Sərt təkəri səhv istifadə etdik və sonuncu pitə daha tez gələ bilərdik. Bunlara baxmayaraq, sürətli idik”.
Qrojan əlavə edib ki, yarışın ilk dövrələrində yumşaq təkərlərlə çətinlik çəkib: “İlk döngədə Hülkenberq önümü kəsdiyi üçün yer itirdim. Az qalırdı ki, çırpılım. Çox yaxın idik. Yumşaq təkərlərlə çətinlik çəkdik. Aşınma çox idi. Amma sonra uçmağa başladıq və ötmələr etdim. Karyeramın ən yaxşı yarışlarından biri idi, amma xalsız qaldım. Əlimdən heç nə gəlmirdi. 11-ci yerə layiq deyildik. Məyusam. Amma yeniliklərə görə xoşbəxtəm”.