R.Qrojan xal aldığı üçün sevinib

O, sonuncu dəfə Rusiya Qran Prisində xal zonasına düşə bilmişdi.

F-1.az xatırldır ki, Avstriyada yarışa 13-cü yerdən başlayan Haas komandasının sürücüsü Roman Qrojan yarışı 7-ci yerdə tamamlamış və komandasına vacib xallar qazandırmışdı.

Roman Qrojan: “Çox yaxşı yarış oldu. İlk dövrə pis keçdi. Bir nəfər məni asvaltdan kənara itələdi və xeyli yer itirdim. Bundan sonra yarışa SuperSoft təkərlərlə davam etdim. Sürətlənməyə çalışdım və buna nail oldum. Təhlükəsizlik maşını mən pit-stop etmək üzrə olarkən girdi və bu, mənə kömək etdi. Yarışın qalan hissəsini Censonun arxasında keçirdim. Ona çatıb keçməyə çalışdım, lakin bunu etmək olduqca çətin idi. Son dövrələrdə 5 saniyəlik cəza aldığımı öyrəndim və buna görə arxamdakı rəqiblərimlə aradakı məsafəni artırmağa çalışdım. Yarış xeyli əyləncəli, amma stresli idi. Peresin yarışı yarımçıq saxlaması da mənə sərf etdi. Yaxşı xallar qazandım”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*