R.Qrojan: “VF-16 sürdüyüm ən yaxşı boliddir”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, VF-16 onun karyerasındakı ən yaxşı boliddir.

F-1.az xatırladır ki, fransalı sürücü Avstraliya yarışında 6-cı yeri tutmaqla Haas komandasına Formula1-dəki debüt yarışında xal qazandırmışdı. Qrojana qırmızı bayraqlar kömək etmişdi…

Roman Qrojan: “Qırmızı bayraqların çıxması bizim bəxtimiz idi, amma 6-cı gün sıralanma turunda bəxtimiz gətirmədi. Bu bizim gözlədiyimizdən yaxşı nəticə oldu. Mən qocalanda da bunu xatırlayacam.

Bu hamı üçün yaxşıdır. Yeni komandanın debüt yarışındaca xal alması Formula1 üçün də yaxşıdır. Biz göstərdik ki, idmana gələn kimi xal almaq mümkündür.

İşçilər neçə aydır ki, işləyirlər. Bu, onlara əlavə stimul oldu. Haas VF-16 idiyə qədər sürdüyüm ən yaxşı bolidlərdən biridir.

Bundan da yaxşısını edə bilərik, amma hələki öyrənməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*