R.Qrojan üzr istəyib

Azərbaycan yarışında təhlükəsizlik maşını rejimində qəza edən Roman Qrojan insidentin səbəbini açıqlayıb.

F-1.az xatırladır ki, fransalı sürücü təhlükəsizlik avtomobilinin arxasında bolidin idarəetməsini itirərək, baryerlərə çırpılmışdı.

Roman Qrojan: “Çox məyusam və komandadan üzr istəyirəm. İnanılmaz yarışın sonu idi. Sonuncu başladığım yarışda 6-cı yerə qədər yüksəlmişdim. Peresi podiumda görəndə lap məyus oldum. Çünki onunla mübarizə apara bilərdik. Hər şey çox yaxşı idi. Külək çox idi və bolid sağa-sola gedirdi. Bəzən külək bizi itələyirdi, bəzən isə itələmirdi. Təkərlərimi isidirdim. Amma əyləcə toxunanda arxa təkərlər kilidləndi və yerimdə fırlandım. Təhlükəsizlik maşınının arxasındaykən bu qədər xal itirmək həmişə məyusedicidir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*