F-1.az xatırladır ki, amerikalılar hazırda 8-ci yerdədirlər və 6-cı yerdəki Toro Rosso-dan 6 xal geridə qalırlar.
Roman Qrojan: “Haas, Renault və Toro Rosso üçlüyündən ən sürətlisi Renault komandasıdır. Mövsümün sonuna yaxın bolidi yaxşı təkmilləşdirdilər və iki güclü sürücüləri var. Təbii ki, son yarışlarda çoxlu problemlər yaşadıqları üçün aradakı fərqi bağladıq. Toro Rosso hazırda bizim üçün hədəfdir. Tez-tez sürücü heyətlərini dəyişirlər və hazırda iki təcrübəsiz sürücü ilə yarışırlar. Bunu öz xeyrimizə dəyişməliyik. Daha yuxarı pillə daha çox pul deməkdir. Buna görə mübarizə aparmalıyıq”.