F-1.az xatırladır ki, fransalı sürücü təhlükəsizlik maşınından sonra MGU-K problemi yaşayıb və nəticədə Sayns onu keçərək yarışın sonunda karyerasının ilk podiumunu əldə edib.
Roman Qrojan: “Ən yaxşı yarışlarımdan biri idi. Ancaq təhlükəsizlik maşını trasa girəndə yarışımın məhv olduğunu anladım. Təkərlərin tempi düşdü və sağ ön təkərin temperaturu 40 dərəcə azaldı. Restartdan sonra isə işlər çətinləşdi. Saynsla mübarizədən razı qalmadım. İkinci döngədə məni trasdan çıxardı və arxadakı Soft təkərli pilotlar da məni keçdilər. Yenə bəxtimiz gətirmədi. Yaxşı xallar ala bilərdik.
Pyer Qasliyə görə isə sevinirəm. Podiuma layiq idi. Podiuma yüksələn son fransalı sürücü mən idim. Artıq Pyer Qaslidir.