F-1.az xatırladır ki, Monakoda sürücülərin əksəriyyəti təhlükəsizlik avtomobilindən sonra təkərləri qızdırmaqda çətinlik çəkmişdilər.
Roman Qrojan: “Son yarışda UltraSoft təkərlərlə 40 dövrə vurdum. Bu sıralanma turu təkərinə görə çoxdur. Bir neçə dövrə vurmalıdır, ancaq bu qədər yox. Təkərlərin daha tez qızmasını və təhlükəsizlik maşınından sonra yaxşı olmasını istəyirik. İnanırıq ki, bolidlər daha da sürətlə gedə bilər. Pirelli ilə birlikdə bəzi şeylərin üzərində işləməliyik. Təkərləri işlətmək üçün çox vaxt keçirdirik. Bolid üzərində işləyə bilmirik. Təkərlərin daha çox işləməsini istəyirik. Təkər tərkibləri arasında oxşarlıq olmalıdır. Təkəri dəyişən kimi performans düşməməlidir”.