F-1.az xatırladır ki, Haas komandası Mikin taleyinə aydınlıq gətirməyib. Hətta bəzi dedi-qodulara görə onu Niko Hülkenberqin əvəzləyəcəyi deyilir.
Roman Qrojan: “Mik orada qalamağa layiqdir. Mövsümə bir az pis başlaya bilər, amma özünü təkmilləşdirib. Son dövrlərdə yaxşı yarışır. Onun əsas ryiblərindən biri çox qəza edib, komandanı xərcə salmasıdır.
Lakin unutmayaq ki, Mik Haas-da yarışdığı üçün Ferrari motorların qiymətində endirim edir. Məncə, komanda bunu unudur. Bəli Mik bəzi səhvlər etdi, amma hamı səhv edə bilər. Bir neşə yarışda yaxşı performans göstərdi. Buna görə də düşünürəm ki, komandada qalmalıdır”.