R.Qrojan: “Strollun çətinlik çəkməsi labüddür”

Haas komandasının sürücüsü Roman Qrojan Formula1-də bu il debüt edən Ləns Strollun çətinlik çəkməsini normal sayır.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü cari mövsümdə hələ də xal qazana bilməyib. Kanadalı sürücü Formula1 ictimaiyyəti tərəfindən “pullu pilot” adlandırılıb.

Roman Qrojan: “İllər keçdikcə Formula1 çətinləşir. O, karyerasına yeni başlayıb. Biz də bəzən çətinlik çəkirik və buna görə də Lənsin səhv etməsi labüddür. Bolidlər keçən ilə nisbətən daha sürətlidir və üstəlik F1 bolidləri F3-ə nisbətən 20 saniyə sürətlidirlər.

Kanada Qran Prisində keçənilkinə nisbətən 3 saniyə sürətli ola bilərik. Haas olaraq uzun düzlüklərdə çətinlik çəkə bilərik, amma ən yaxşı formada hazırlaşıb, buradan xallar almaq istəyirik. Yarış startdan etibarən həyəcanlı olacaq. Ümid edirəm ki, işlər istədiyimiz kimi gedər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*