R.Qrojan startda 5 yer itirəcək

Sinqapur QP Roman Qrojan üçün çətin keçir. Fransalı sürücü sıralanma turunda qəza etdiyi üçün komandası onun ötürmələr qutusunu dəyişdirib və Qrojan startda 5 yer itirəcək

F-1.az xatırladır ki, Qrojan bu həftəsonu iki dəfə qəza edib və fransalı sürücü harada səhv etdiyini bilmir. Qeyd edək ki, fransalı sıralanma turunda 15-ci olsa da, aldığı cəzaya görə yarışa 20-ci yerdən başlayacaq.

R.Qrojan: “Harda səhv etdiyimi bilmirəm. Burada bolid özünü qəribə aparır. Bəzi şeylər istədiyimiz kimi deyil. Bolid içərisində güvənli hiss etmirəm. Bir dəfə yüksək sürətlə, bir dəfə də əylənmə zamanı yerində fırlandığınız zaman özünüzə güvən qalmır. Məlumatlara baxaraq, nələr edə biləcəyimizə baxıram. Eyni zamanda qəzadan sonra bolidin vəziyyətini yoxlayırıq. Yarışın ilk dövrələrində sürətli olacağıma ümid edirəm. Amma yarışın ilk dövrələrində çox hücum etməyəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*