R.Qrojan startda 3 yer itirəcək

Haas komandasının sürücüsü Roman Qrojan sabahkı Bəhreyn yarışının startında 3 yer ititrəcək.

F-1.az xatırladır ki, fransalı sürücü sıralanma turunun ilk sessiyasında yarış trayektorriyasında yavaş hərəkət edib. Bu zaman arxadan sürətlə gələn Lando Norris rəqibinə çırpılmamaq üçün əylənməli olub. Britaniyalı sürücü bundan sonra radioda rəqibini tənqid edib.

Qrojan sıralanma turunda 8-ci olsa da, stüardlar hadisəni araşdırıb və fransalı sürücüyə startda 3 yer itirmək cəzası veriblər. Beləliklə, Roman yarışa 11-ci yerdən başlayacaq. Stüardlar verdiyi açıqlamada bildiriblər ki, Qrojan ehtiyac olmadan yavaş sürərək, Norrisi bloklayıb və buna görə cəza alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*