F-1.az xatırladır ki, Haas komandası Braziliyada sıralanma turunda mükəmməl performans göstərmiş və Qrojan 7-ci, Qutyerres 12-ci olmuşdu.
Roman Qrojan: “Sözün açığı, son sessiyaya keçmək bixim üçün mümkünsüz görünürdü. Sərbəst yürüşlərdə belə sürətimiz yoxdu. Amma nəticəyə görə sevincliyəm. Bolid üzərində gördüyümüz işlərdən nəticə aldıq.
Hava soyuyandan sonra bolid daha yaxşı reaksiya verməyə başladı. Bu performansı isti hava şəraitində göstərə bilməzdik. Xüsusən də, yeni əyləclər daha yaxşı hiss edilirdi. Hazırda hər şey mükəmməl deyil, amma gələcək üçün ümidlərimiz get-gedə artır. Yay fasiləsindən sonra ard-arda problemlər yaşadıq. Bizim üçün çətin dövrlər idi. Problemlərin səbəbini bilməməyimiz isə daha pis idi.
Üçüncü sərbəst yürüşlərdə iki dəfə yerimdə fırlandım. Hələ də yeni şeylər öyrənirik və bu normal haldır. Ümid edirəm ki, qısa müddət ərzində hər şey düzələr”.