R.Qrojan: Sol əlim sağalmalıdır

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Əbu Dabidə geri qayıtması üçün sol əli sağalmalıdır.

F-1.az xatırladır ki, fransalı sürücü Bəhreyn yarışında qəza etmiş və bolidi alovlanmışdı. Qrojan boliddən özü çıxsa da, əllərinin üstü və sol ayağı yanıb.

Roman Qrojan: “Əgər gələn həftə sol əlim işləməsə və istədiyim hər şeyi edə bilməsəm, riskə getməyəcəm və qayıtmayacam. Hazırda dincəlirəm və əlimin sağalması üçün əlimin sağalması üçün həkim məsləhətlərinə qulaq asıram. Əlimin şişi azalmalıdır, çünki hazırda çox şişib. Qəza vaxtı baş barmağım zədələnə bilər.

Bədənimin sol tərəfi çırpıldı. Sol ayağım burxulmuşdu. Sol dizimi vurdum və yan tərəfimdə, sol çiynimdə və sol dirsəyimdə göyərmələr var. Barmağımı tərpədə bilirəm. Yumruq tuta bilirəm. Lakin çeçələ barnağıma toxuna bilmirəm. Əlim çox yanıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*