F-1.az xatırladır ki, fransalı sürücü start finiş düzlüyündə qəza edərək, qırmızı bayraqların çıxmasına səbəb olmuş və sessiya təxminən 2 saat yarım dayandırılmışdı.
Roman Qrojan: “Start düzlüyündə 300 km/saat sürətlə gedərkən yerindən fırlanmaq normal deyildi və mən bunu yaşadım. Bəxtim gətirdi ki, heç nə olmadı. Məncə, şərait ideal deyildi. Trasa çıxmaq lazım deyildi. Onsuz da qəzadan əvvəl də bunu demişdim. Start-finiş düzlüyündə birdən yavaşlamaq olmaz. Arxada biri ola bilər və onsuz da yağışa görə heç nəyi görmək olmur. Əsəbi olsam da, heç nə dəyişməyəcək. Ümid edirəm ki, yüüksək yerlər üçün mübarizə apara bilərəm”.