F-1.az xatırladır ki, fransalı sürücü 2012-ci və 2013-cü illərdə Lotus komandasında Rəykkönen ilə komanda yoldaşı olmuş və hər iki mövsümdə də finlandiyalıdan geridə qalmışdı.
Roman Qrojan: “Gələn il peletondakı vəziyyəti kim proqnoz edə bilər? Bottas Mercedes-dən cavab gözləyir. Digər tərəfdən isə, Kiminin qərarı maraqlıdır. 2012-ci ildən etibarən hamı deyir ki, Formula1-dən gedəcək, lakin 2017-ci ildir. 38 yaşı olsa da, əla çıxış edir. Buna görə də heç nə demirəm. Amma boş yer olsa, hazıram.
Dekabrın 15-də Valtteridən soruşsaydılar, “yenə Williams-da yarışacam” deyərdi.
Qələbə qazanmadığım üçün bəzən məyus oluram, çünki qalib gəlməyi sevirəm. Bəzən aşağı kateqoriyalarda bütün titulları qazansanız da, yarış qazanmaq şansınız olmaz. Bu 100 metrlik yarışa 10 saniyə sonra başlamaq kimidir. Hazırda əsl mübarizə 7-ci yer uğrunda gedir. Williams və Force İndia çox sürətlidir. Melburnda orta qrupdan öndə gedərkən mübarizəni dayandırmışdıq. Yenə də çox işləyirik və ümid edirəm ki, yaxşı xallar qazanarıq”.