R.Qrojan: Red Bull yenə öndə olacaq, amma…

Sabiq Formula1 sürücüsü Roman Qrojan bildirib ki, 2023-cü ildə texniki reqlament eyni qaldığı üçün komandalar bir-birlərinə yaxınlaşacaq.

F-1.az xatırladır ki, Red Bull 2022-ci ildə 22 yarışdan 17-də qələbə qazanmış və rahatlıqla hər iki cəbhədə titulu təmin emtişdi. Lakin bu il rəqibləriinin onlara yaxınlaşacağı güman edilir.

Roman Qrojan: “2023-cü ildə texniki reqlament eyni olaraq qalıb. Bolidlər bir az yüksəldiləcək, amma reqlament eyni olaraq qalacaq. Belə halda isə Red Bull yenə ən sürətli bolid olacaq. Ferrari-nin yaxş təməli var və Mercedes də 2022-ci ildəki səhvlərindən dərs çıxaracaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*