F-1.az xatırladır ki, Qutyerres mövsümün sonunda Haas-dan ayrılacaq və onu Kevin Maqnussen əvəz edəcək. Amma meksilalı sürücü gələn il üçün özünə komanda tapa bilməyib.
Roman Qrojan: “Esteban sizin düşündüyünüzdən daha sürətli sürücüdür. Yarışlarda çox vaxt bəxti gətirmədi. Üstəlik keçən il yarışmaması da onun işini çətinləşdirdi, amma komandanı düşünsək, daha yaxşı yerlər tutmaq üçün iki bolidlə birdən xal almalıyıq. Hər nə qədər bəxtimiz gətirməsə də, mövsüm ərzində 21 yarış var və bəzilərində bəxtimiz gətirə bilər, bəzilərində isə yox. Bunlar bir-birlərini balanslaşdırırlar”.
Qrojan əlavə edib ki, Maqnussenlə işləmək üçün səbirsizlənir: “Kevin təcrübəlidir və komandaya kömək edəcəyinə əminəm. O hər komandanın istədiyi sürücüdür”.