F-1.az xatırladır ki, fransalı sürücü sıralanma turunda güclü performans göstərib son sessiyaya qalsa da, ilk cəhdində qəza edib və 10-cu yerlə barışmalı olub.
Roman Qrojan: “Üçüncü döngəyə gəldim və bolidin arxa tərəfini itirdim. Bunun baş verməsi üçün bir səbəb yox idi. Buna görə də araşdırmalıyıq. Məlumatlara baxacağıq. Tempimiz yaxşı idi və qəza bir az qəribə oldu. Bu il bəxtimiz gətirmir. Həftəsonunun problemsiz keçməsinə ümid edirdim və bu qəza olmamalı idi. Bunu istəmirdik. Yarışda əlimizdən gələni edib 7-ci olmalıyıq”.