R.Qrojan problemlərə baxmayaraq, bolidindən razıdır

Bu mövsümə daha pis başlayan Haas komandasının sürücüsü Roman Qrojan bolidin performansınsan razıdır.

F-1.az xatırladır ki, bu il fransalı sürücünün heç bəxti gətirmir. 31 yaşlı sürücü Avstraliyada mühərrik probleminə görə mübarizəni dayandırdığı halda, Çin və Rusiyada sarı bayraqlara görə sıralanma turunun birinci sessiyasında mübarizədən kənarda qalmışdı. Qrojan bu il təkcə Bəhreyndə xal qazana bilib.

Roman Qrojan: “Xüsusən də, ilk 3 yarışda orta qrupun ən güclü komandalarından biri olduğumuzu göstərdik. Çox stabil idik, amma bundan istifadə edib xallar qazana bilmədik. Lakin önümüzdə uzun mövsüm var və bunu kompensə edə bilərik. Bolidin performansından razıyam. Qüsursuz həftəsonu keçirəcəyimiz halda, yaxşı nəticələr ala bilərik. Soçidə hər şey tərs getdi, lakin Barselonada bunlar təkrarlanmamalıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*