F-1.az xatırladır ki, avstraliyalı sürücü Alpine-in gənc sürücü proqramında olsa da, heç kimin gözləmədiyi halda McLaren-ə keçmiş və iki komanda arasında qalmaqal olmuşdu.
İş məhkəməyə getmiş və məhkəmə McLaren komandasının hər şeyi düzgün etdiyinə qərar vermişdi. Beləliklə, Piastri bu il “narıncılar”ın heyətində Formula1-də debüt edəcək.
Roman Qrojan: “Oskarın Formula1-də nələr edə biləcəyi mənə maraqlıdır. Alpine-McLaren qalmaqalına görə idmana istədiyi kimi gəlmədi, amma yaxşı komandada, yaxşı maşında yarışacaq. Yanında isə McLaren-i öz komandasına çevirən Lando Norris var.
McLaren komandası Formula1-ə gələndə hamının olmaq istədiyi komandalardan biridit. Buna görə də ona gözünüz kimi baxnalısınız”.