F-1.az xatırladır ki, fransalı sürücü 2009-cu ilin Avropa Qran Prisindən etibarən Renault komandasına gəlmiş, amma 2010-cu ildə komandadan göndərilmişdi. 2011-ci ildə GP2-də yarışaraq çempion olan Qrojan 2012-ci ildə Lotus ilə idmana qayıtmışdı.
Roman Qrojan: “Çox çətin idi. Erik Bulye ilə əlaqə saxlayırdım. Komandada təcrübəm olduğu üçün məni namizədlər arasına almışdı. 2010-cu il yanvarın 31-də Erik mənə zəng elədi və Petrovla anlaşdıqlarını dedi. Komandasız qalmışdım. Öz-özümə bir də yarışmayacam deyə düşündüm. Sonra aşpazlıq məktəbinə getdim. Yemək bişirməyi çox sevirəm. Orada mənim yaşlı olduğumu səbəb göstərərək, qəbul etmədilər”.