F-1.az xatırladır ki, Roman Qrojan mövsümün ilk yarışına 6-cı yerdən start alsa da, su sızıntısı probleminə görə 7-ci yerdə apardığı yarışda mübarizəni dayandırmalı olmuşdu.
Roman Qrojan: “Yarış vaxtı birdən güc itirməyə başladım. Boksdakılarla danışıb, mübarizəni dayandırmağa qərar verdik. Start mənim üçün ideal deyildi, amma düşünürəm ki, Williams-dan sürətli idik. Lakin ötmə edə bilmədim. Mövsüm ərzində ən vacib amil stabillik olacaq. Keçən il Bəhreyndə 5-ci yeri tutduqdan sonra Çində 19-cu olmuşduq. Belə olsa, yuxarı pillələrdə qərarlaşa bilmərik. Növbədə çoxlu yarışlar var və inkişaf edəcəyimizə inanıram. Ümid edirəm ki, 2016-cı ildəkindən yaxşı nəticə alarıq”.