R.Qrojan: “Orta qrupda hər xal vacibdir”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, orta qrupdakı komandalar bir-birilərinə çox yaxındırlar və buna görə də hər xal dəyərlidir.

F-1.az xatırladır ki, Force İndia komandası 4-cü yer uğrunda mübarizədə rəqibləri ilə fərqi artırıb. Lakin, 5-ci yerdəki Toro Rosso komandası ilə 8-ci Haas arasında cəmi 14 xal fərq var.

Roman Qrojan: “Bu mübarizə həyəcanvericidir. Əgər öndəki 3 komanda olmasaydı, hər yarışda fərqli komandalar qalib gələrdi. Hər komandanın güclü olduğu traslar var və stabil olan komanda 5-ci yeri tutacaq. Xal almaq üçün hər yarış maksimum performansla çıxış etməliyik. Ancaq belə olanda rəqabətədavamlı ola bilərik. Bəzən bu da bizə kömək etməyəcək. Bəxt amili çox vacibdir. Keçən ilə nisbətən tərəqqimiz davam edir. Keçən ildən daha çox xal toplamışıq və bu bizə motivasiya verir. Ümid edirəm ki, daha yaxşı xallar qazanarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*