F-1.az xatırladır ki, NASCAR seriyasında çıxış edən Haas komandası bu ildən etibarən Formula1-də çıxış edir və Roman Qrojan bu komandanın şərəfini qoruyur. Belə görünür ki, amerikalılar, Roman Qrojanda NASCAR-a həvəs oyadıblar.
Roman Qrojan: “Bəli, NASCAR seriyasında yarışmaq istəyərəm, amma bu yol trası olmalıdır. Oval tipli traslarda heç vaxt yarışmaq istəmərəm. O tip traslar çox xüsusi traslardır və mən orada yarışmaqdan qorxuram.
Qərar verməmişdən əvvəl Sprint Cup avtomobili ilə test etmək istəyirəm. O avtomobil, F1 bolidindən çox fərqlidir.
Keçən ilin qışında Şarlotteyə gedəndə birində oturdum. Yanımda elə bil ki, 5 metrəlik boşluq var idi. Oturacaq avtomobilin ortasında deyildi, amma orada yarışmaq istəyərəm”.