F-1.az xatırladır ki, fransalı sürücü adətən radio vasitəsilə əyləclərdən şikayət edir.
Roman Qrojan: “Azərkeşlər deyir ki, mən həmişə nədənsə narazıyam. Bu hal məni məyus edir və belə düşüncələrə layiq deyiləm. Həmişə nədənsə narazı qalsam, o dəqiqə televizorda verirlər. Amma yaxşı sözlər deyəndə heç kim bunu işıqlandırmır. Deyirlər ki, ancaq şikayət edirəm, amma belə deyil. Bunu ancaq komandanın yaxşılığı üçün edə bilərəm. Boliddə olanda başqa şey barədə düşünmürsünüz. Ancaq işləyirsiniz”.