F-1.az xatırladır ki, fransalı sürücü İspaniya yarışının startında yerində fırlanmış və böyük insidentə səbəb olmuşdu. İnsidenti araşdıran stüardlar Qrojanı Monako yarışının startında cəzalandırıblar.
Roman Qrojan: “Monakoda qalib gəlmək çox çətindir. Hər şey birinci sərbəst yürüşlərdən yarışın sonuna qədər mükəmməl olmalıdır. Orada səhv etmək olmaz. Əks halda yarışınız divarda bitər. Bolidin doğru limitlərini tapmaq çətindir. Buna görə də limitlərdən də yavaş sürməlisiniz. Çox çətindir. Cəza almaq isə asandır. Amma bunu qəbul etmək lazımdır. Sıralanma turunda bacardıqca yaxşı yer tutmalıyıq.
1996-cı ildə Olivye Panisin Monakodakı qələbəsini xatırlayıram. Yarış qazanan son fransalı sürücüdür. Çox dəlisov yarış idi. Olivye 14-cü yerdən başlamışdı və finişi cəmi 3 sürücü keçə bilmişdi”.