R.Qrojan Monakoda Byankini yad edəcək

Haas komandasının sürücüsü Roman Qrojan bu həftəsonu keçiriləcək Monako QP-də Jül Byankiyə həsr olunmuş dəbilqə ilə yarışacaq.

F-1.az xatırladır ki, Formula1-in “almaz qaşı” sayılan Monakoda sürücülər xüsusi dizayn edilmiş dəbilqələrlə yarışırlar. Qrojan bu yarışda keçən il dünyasını dəyişən Jül Byankini yad edəcək.

Xatırladaq ki, Byanki 2013-cü ildə Marussia komandası (indiki Manor) ilə Formula1-də debüt etmişdi. 2014-cü ilin Monako yarışında Marussia ilə 9-cu yeri tutaraq, komandanın tarixində ilk və hələlik yeganə xalları qazanmışdı. Fransalı sürücü 2014-cü ilin Yaponiya yarışında ağır qəzaya uğramış və 9 ay komada qaldıqdan sonra, 2015-ci ilin iyul ayında dünyasını dəyişmişdi. Beləliklə, Byanki, Ayrton Sennadan sonra yarış zamanı ölən ilk F1 sürücüsü olmuşdu.

Byanki Ferrari-nin Sürücü Akademiyasının yetirməsi idi.

Qrojan Monako üçün xüsusi düzəltdirdiyi dəbilqənin arxasına Byankinin nömrəsini, şəklini və 2014-cü ildə Monakoda tutduğu yeri yazdırıb…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*