R.Qrojan: “Mənim qoruyucuya ehtiyacım yoxdur”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Sebastyan Fettelin birinci sərbəst yürüşlərdə test etdiyi Qalxan sistemi Halo kimi bərbaddır.

F-1.az xatırladır ki, Jül Byanki 2014-cü ildə Yaponiyada keçirdiyi qəzadan sonra FİA sürücülərin başını qorumaq üçün fərqli sistemlər üzərində işləməyə başlayıb. Keçən il Halo və AeroScreen kimi sistemlər test edilsə də, FİA hər ikisindən də imtina etmişdi. Bu il isə yeni Qalxan (Shield) sistemi kəşf edilib və bu sistemi birinci dəfə Sebastyan Fettel test edib.

Roman Qrojan: “Əvvəldən fikrimi demişəm. Mənim heç bir qoruyucuya ehtyacım yoxdur. Halo, Qalxan ilə Formula1 olmaz. Bu idmana yaraşmır. Halo bundan pis görünür. Keçən il Halonu test etmişdim və onu bəyənməmişdim. Məni əsəbiləşdirmişdi. Buna görə də yaxşı həll yolu deyil.

Sürücülər bu mövzuda iki yerə bölünüb. Müzakirə etmirik, çünki təhlükəsizliklə bağlı sistemdir. Qaydaları biz müəyyən etmirik. Təbii ki, idmanın təhlükəsiz olmasını istəyərik, amma bir ideya tapdığımızı və ya bir şey istədiyimizi deyə bilmərəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*