R.Qrojan: “Macarıstanda təkərlər çox yeyiləcək”

Roman Qrojan bildirib ki, asfaltı yenilənən Macarıstan trasında Haas komandası təkər yeyilməsindən əziyyət çəkəcək...

F-1.az xatırladır ki, Qrojan Britaniya QP-də pis nəticə göstərmişdi. Amma o, Macarıstanda yaxşı çıxış edərək, komandasına növbəti xalları qazandırmaq istəyir. Fransalı sürücü Macarıstanda həmişə yaxşı çıxış edib və bu il də uğurunu təkrarlayacağına inanır: “Macarıstanda həmişə yaxşı nəticələr almışam. Bu trası həmişə çox sevmişəm. Trasın asfalt qatı yenilənib. Əvvəlki asfalt çox cod idi. Bu il nələrin baş verəcəyini görəcəyik. Bura aşağı sürətli trasdır və buna görə də bolidin necə reaksiya verəcəyi çox vacibdir. Əvvəlcə təkərləri başa düşməliyik və təkər yeyilməsinin qarşısını almalıyıq. Bəzi tərkiblərdə yeyilmə çox olacaq. Əgər təkərlərdən istədiyimiz performansı alsaq, yaxşı dövrələr vura bilərik. Yaxşı dövrələr daha çox pit-stopa səbəb olsa da, yarış daha maraqlı olar. Yarış bizim üçün çətin olacaq. Lakin sürətli döngə az olduğu üçün ancaq döngələrə fokuslanmağım bəs edəcək. Yenə də hər şeyə hazır olmalıyam və işləməliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*