R.Qrojan: “Komandamla şəxsi problemim yoxdur”

F-1.az bildirir ki, Roman Qrojan yarış vaxtı komandası ilə radiodan çox sərt danışmasının yarışmağa olan istəyindən qaynaqlandığını, komanda tərəfindən səhv başa düşülməsinin istəmədiyini deyib...

Roman Qrojan: “Bəzən çox aqressiv ola bilirəm. Komandam bunu sevir. Sinqapurda sıralanma turunda qəza etdikdən sonra boksa qayıtdım və bu gecə çox işləməli olacaqlarını bildirdim. Onlar da bunun əhəmiyyətli olmadığını, əlimdən gələni etdiyimi və görmək istədikləri şeyin bu olduğunu bildirdilər. Bolidin pis olduğunu demək komanda ilə aramda şəxsi problem olmasından xəbər vermir. Bu, bir yeməkxanada bəyənmədiyiniz yeməyin yaxşı olmadığını deməyiniz kimi bir şeydir.

Pis insan kimi görünə bilərəm, lakin əslində yaxşı biriyəm və ya belə olduğumu düşünürəm. Hamı bunu bilir. Mən əlimdən gələni maksimum şəkildə edəndə hamının belə etməsini istəyirəm. Mən yarışlara 3-4 gün sərxoş olduqdan sonra çıxmıram. İşimi görmək üçün məşq etmiş, dincəlmiş, yaxşı qidalanmış şəkildə gəlirəm. Təmkinli olmalıyam. Çünki yarışa milyonlarla insan baxır və məni şəxsən tanımayan insanlarda yanlış fikir yarada bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*