R.Qrojan: “Komandama 9 xal verirəm”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, komandasının Formula1-dəki ilk mövsümünə 10 xallıq sistemlə 8 və ya 9 verə bilər.

F-1.az xatırladır ki, amerikalılar Formula1-dəki ilk mövsümlərində gözəl performans göstərmiş və Renault, Sauber və Manor-u qabaqlayaraq, 8-ci olmuşdular.

Haas komandasının bütün xallarını isə Roman Qrojan qazanmışdı. Fransalı sürücü komandasından razıdır: “Komandama 10 xallıq sistemlə 8 və ya 9 xal verərdim. Nəticədə bu debüt mövsümümüz idi və heç kim xal almağımızı gözləmirdi. Əvvəl vaxtı hər şey qaydasında idi, amma daha sonra tempimiz aşağı düşdü. Məncə, təkərlərə nəzarət edə bilmirdik. İşin qəribə tərəfi odur ki, başlanğıcda da onları necə işlədəcəyimizi bilmirdik.

Amma nə etdiksə, elə mövsümün əvvəlində etdik. Çox yaxşı idi. 5-ci, 6-cı, 8-ci və 10-cu olduq”.

Qrojan əlavə edib ki, 2017-ci ildə təkərlər çox böyük rol oynayacaq: “Əvvəlcə bolidə çoxlu yeni detal qoyduq. Amma daha sonra bolidi təkmilləşdirməyi saxlayıb, 2017-ci ilə fokuslandıq. Buna baxmayaraq, bolid yaxşı vəziyyətdə idi. Braziliyada sıralanma turunda 7-ci olmuşduq. Yaxşı olmayan yeganə şey isə təkərlər idi. Onları başa düşmək və işlədə bilmək çox vaxtımızı aldı. Braziliya buna bir misal idi. Cümə günü hava 50 dərəcə idi və 15-ci olduq. Amma şənbə günü hava soyuq idi və 7-ci olduq.

İnkişaf edə biləcəyimiz çox sahə var. Bu, kitab kimidir. Siz səhifələri çevirməli və yazılanları anlamalısınız”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*