R.Qrojan: “Kartinq Formula1-dən çətindir”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, kartinq yarışları artıq Formula1 yarışlarından daha çətindir.

F-1.az xatırladır ki, Lyuis Həmilton bir neçə gün əvvəl Formula1-in artıq kişi idmanı olmadığını demişdi. Belə görünür ki, fransalı sürücü də həmkarı ilə razıdır: “Bu yaxınlarda dostlarımla kartinq yarışı keçirtdik. 125 cc həcmli, mexanik ötürmə qutulu kart idi. Formula1 yarışındakından daha çox yoruldum. Çünki bütün yarışı limitlərdə getdim. Amma Formula1-də yanacağa və təkərə qənaət edirik. Barselonada bolidin potensialının yarısından istifadə etmişdim. Yarışlar da sıralanma turu kimi olsaydı, sonda boynumuz tamamilə əldən gedərdi. Amma yanacaq və təkər qorumaq bizi bu dərddən qurtarır. Yanacaq bərpası olsaydı, bir az da sürətli olardıq və daha maraqlı yarışlar izləyərdik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*