F-1.az xatırladır ki, Qrojan mövsümün ilk iki yarışından 18 xal toplamışdı. Fransalı sonrakı yarışlarda eyni tempi saxlaya bilməyib və hazırda 29 xalı var. Qeyd edək ki, Haas komandası 21-ci əsrdə ən çox xal toplayan sıfırdan qurulmuş debütant komandadır.
Roman Qrojan: “Bizim üçün əla mövsüm idi. Bu cür komandaya debüt mövsümündə qoşulmaq əla hissdir. Haas komandası ilə podiuma yüksələn ilk sürücü olmaq istəyirəm. Gələnilki hədəfimiz podiuma yüksəlməkdir. Haas rəngləri ilə podiuma yüksəlsəm, özümlə fəxr edəcəm. İlk mövsümümüz olduğunu düşünsək, hər şey əla idi. Təbii ki, enişli-yoxuşlu dövrlərimiz oldu, amma hər şeyə yaxşı nəzarət etdik və mövsümü əla yerdə başa vuracayıq”.