F-1.az xatırladır ki, fransalı sürücü Lotus komandasında 4 il yarışdıqdan sonra, keçən il Haas komandasına transfer olunmuşdu. Qrojanın bu hərəkəti əksəriyyəti təəccübləndirsə də, 30 yaşlı sürücü düşünür ki, Ferrari komandasına daha bir addım yaxınlaşıb.
Amma italyanlar Rəykkönen ilə olan müqaviləni daha bir il uzatdıqdan sonra bu mümkün olmadı.
Jurnalislər Qrojandan “Rosberq istefa verdikdən sonra Toto Volffla danışdınız?” sualını veriblər: “Menecerlərin danışmadığını deyə bilmərəm, amma mən zəng eləmədim. Böyük komandadır və avtoidmanda gözəl keçmişləri var.
Ferrari ilə yarışmaq istərdim. Dünya Çempionu olmaq istəyirəm. Bunun üçün güclü bolid lazımdır. Bir gün böyük komandada yarışmaq istəyərəm. Amma hazırda Haas komandası ilə fəxr edirəm.
Keçən ilə nisbətən sürətliyik. Haas ilə ilk xalları qazanan sürücü mənəm. Ümid edirəm ki, yarış da qazanaram”.