F-1.az xatırladır ki, Formula1-də bu il debüt edən Haas komandası ilk iki yarışında xal qazanaraq hamını təəccübləndirib.
Komanda Çin yaraışı üçün də aqressiv təkər strategiyası seçib və Qrojan bildirib ki, komanda hələ də ən yaxşı nəticəsini qazanmayıb: “Bizim potensialımız daha çoxdur və biz hələ bolidin tam gücünü göstərməmişik. Bu yaxşı haldır.
Hazırda baş verənlər həm komandanın işçilərinə, həm də mənə həzz verir. Biz daha artığına nail olmaq istəyirik. Aqressiv təkər strategiyaları yarış ərzində bizə yaxşı fürsətlər təqdim edir. Biz Çin yarışı üçün də aqressiv təkər strategiyası seçdik, ümid edirəm ki, bu strategiya Bəhreyndəki kimi işləyər”.
Qrojan bildirib ki, o, Bəhreyndə 5-ci olanda və ən sürətli zaman dövrəsini vurduğu zaman bolidin əsl potensialını göstərib: “Bəli, bunu televizorda gördüm. Biz VF-16-nın potensialını Bəhreyndə sıralanma turunda və yarışda göstərdik”.
Haas komandası mövsümə əla başlasa da, Qrojan düşünür ki, komandanın uğuru üçün bolidin inkişaf etməsi vacibidir: “Hazırda bizim rəqiblərimizlə eyni tempdə inkişaf etməyimiz çox çətin olacaq. Bizim bünövrəmiz güclüdür və mövsümə əla başladıq. Təbii ki, bir sürücü kimi mən də bolidin sürətli olmasını istəyirəm.
Çin yarışına yeni detallar gətirəcəyik. Növbəti yarışlarda bu çoxalacaq. İlk yeniliklərimizi səbrsizliklə gözləyirəm. Ümid edirəm ki, yaxşı işləyərlər.
Bizim bolidimiz tam olaraq hazır deyil, amma yeniliklər olmadan da biz yaxşı nəticələr qazana bilərik”.