R.Qrojan: Haas-da problemlərin səbəbi sürücülər deyil

Sabiq Formula1 sürücüsü Roman Qrojan bildirib ki, keçmişdə Haas-da yaşanan problemlərin səbəbkarları sürücülər olmayıb.

F-1.az xatırladır ki, Amerika komandası 2019-2021-ci illərdə uğursuz çıxışlar etmiş və çempionatı aşağı pillələrdə bitirmişdilər.

Qrojan 2016-2020-ci illərdə bu komandanın şərəfini qorumuş və 2020-ci ilin sonunda komanda ilə sağollaşaraq, Formula1 karyerasını bitirmişdi.

Lakin Maqnussen 2022-ci ildə Haas-a geri qayıtdı və komanda sözün əsl mənasında geridönüş edərək, mövsümü 8-ci yerdə bağladı.

Roman Qrojan: “Maqnussenin builki nəticələri göstərir ki, Haas-dakı problemlərin sürücülərdən qaynaqlanmadığı üzə çıxır. Bolid zəif olanda insanlar sürücüləri düzgün qiymətləndirmirlər.

Kevinin bu il necə həzz aldığını bilirəm. Ümid edirəm ki, 2023-cü ildə də real potensialını göstərər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*