R.Qrojan: F1-də lap çox qayda var

F-1.az xəbər verir ki, keçmiş F1 sürücüsü indi isə İndyCar-da mübarizə aparan Roman Qrojan Formula1-də çox sayda qaydaların olduğunu, heç də onların hamısı ilə razılaşmadığını bildirib.

Roman Qrojan: “Bu il müzakirə olunan bəzi mövzular, məncə, ümumiyyətlə, gündəmə gətirilə bilmədi. İndi Formula1 özünün çiçəklənmə çağındadır, yarışlar əla keçir, reytinqlər artır. Amma yenə də hesab edirəm ki, bəzi qaydalar, məsələn, zinət əşyalarının taxılmasına qadağa qoyulması həddindən artıq lazımsızdır. Şəxsən mən nikah üzüyüm olmadan sürməkdən narahat olardım, çünki bu, mənim bir hissəmdir.

Formula1-də həddən artıq çox qaydalar var, bu, yalnız vəziyyəti çətinləşdirir. Ostində Alonso ilə bağlı vəziyyəti xatırlayıram. Bu, lazım olandan daha çox qaydaların olmasının elementar nümunəsidir. Hər şey çox mürəkkəbdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*