R.Qrojan əyləclərdən şikayətçidir

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, VF-16-dakı əyləc problemləro onu Almaniyada xalsız qoyub...

F-1.az xatırladır ki, Qrojan ötürmələr qutusu dəyişdirildiyi üçün yarışa 20-ci yerdən başlamışdı, amma fransalı sürücü yarışı 13-cü yerdə bitirdi.

Roman Qrojan: “Əyləclərlə bağlı problemlərimiz çox idi. Maqnussenin arxasında isə əyləclər təmiz əldən getdi. Bu doğrudan da böyük problem idi. Məqsədim 9-cu və ya 10-cu olmaq idi. Amma əyləclər olmadan bunu reallaşdırmaq çətin idi. Çox vaxt itirdik. Bolidin 100 faizlik potensialını hələ göstərə bilməmişik. Sıralanma performansımızı inkişaf etdirməliyik. Təkərlər Hokenhaymda çox həssas idi. Biz 0.2 saniyə itirdik və bu bizim 5 yer itirməyimizə gətirib çıxardı. Əslində son sessiyaya çox yaxın idik.

SPA-ya yeniliklərlə gedəcəyik və bu yaxşı xəbərdir. Beləliklə daha sürətli ola bilərik. Daha sonra isə Sinqapur üçün yeniliklərimiz olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*