F-1.az xatırladır ki, fransalı sürücü Avstraliya QP-nin sıralanma turunda 6-cı olmuş, amma yarışın startında Massanın arxasına düşmüşdü. Lakin buna baxmayaraq, mühərrik problemi yaşayana qədər Williams komandasının sürücüsü Felipe Massa ilə eyni tempdə getmişdi.
Roman Qrojan: “Bolid Avstraliyada ilk dövrədən etibarən əla görünürdü. Yarışdan əvvəl sazlanmalalarda bəzi dəyişikliklər etmişdik və gözəl nəticələr aldıq. Sıralanma turunda boş çənlə, yarışda isə dolu çənlə güclü görünürdük. İnanıram ki, rəqabətədavamlıyıq və ön qrupdakı üç komandadan sonrakı yeri tutmaq üçün Williams ilə mübarizə aparacağımıza inanıram. Sürətli bolidimiz var və etibarlılıq problemini həll etsək, keçənilki nəticəmizi yaxşılaşdıra bilərik. Bazadakılar əllərindən gələni edirlər”.