F-1.az xatırladır ki, daha əvvəl Niko Hülkenberq 24 saarlıq Le Man marafonunda çıxış etmişdi. Bu il isə Alonso əfsanəvi marafonda iştirak edəcək.
Roman Qrojan: “Bəli, hədəfim Le Manda yarışmaqdır. Əlimə fürsət düşsə, bu il çıxış edəcəm. Bu il ilk dəfə triatlonda start almaq istəyirdim. Amma həyat yoldaşıma söz vermişəm ki, başqa yarışda çıxış etsəm, triatlon olmayacaq. Seçimim isə Le Mandır. Bu barədə komanda ilə danışmamışam. Onsuz da çox yarış olduğu üçün icazə verməsələr, problem olmaz.
NASCAR-da bəlkə, Stewart-Haas ilə yarışaram. İlk mövsümümüzdə təklif etsələr də, oval trasları sevmədiyim üçün razı olmadım. İki normal yarış var. Uotkins Qlen və Sonoma. Buna görə orada yarışmaq çətin məsələdir. Komanda təklif etsə, qəbul edərəm”.