R.Qrojan cərimələnib

Haas komandasının sürücüsü Roman Qrojan yarışın startında səbəbkar olduğu insidentə görə cəza alıb.

F-1.az xatırladır ki, fransalı sürücü yarışın startında yerində fırlanıb və bunun nəticəsində Hülkenberq və Qasli ona çırpılaraq mübarizəni dayandırıblar. Qrojan bu insidentə görə növbəti yarışın startında 3 yer itirəcək və lisenziyasına 2 cərimə balı yazılıb.

Roman Qrojan: “Bolidin arxasını itirdim. Düzəltməyə çalışsam da, işə yaramadı. Əlimdən heç nə gəlmirdi. Əyləcə bassaydım da bolid eyni yönə gedərdi. Bolid yerində fırlansın deyə qaza basmağa davam etdim. Çünki rəqiblərimin mənə çırpılmasını istəmirdim. Amma işə yaramadı, ancaq bundan başqa heç nə edə bilməzdim. 2016-cı ildə Rosberqdə, 2010-cu ildə isə Şumaxerdə oxşar hal olmuşdu. Bu, insan refleksidir. Əyləcə bassam, trasın ortasında qalardım və eyni şey olardı. Heyif ki, bolid trasa qayıtdı və çox çətin idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*