R.Qrojan büdcə limitini dəstəkləyir

Haas komandasının sürücüsü Roman Qrojan büdcə limitini dəstəkləyir.

F-1.az xatırladır ki, Liberty Media 2021-ci ildə hər komandanın maksimum 150 milyon avro büdcə ilə yarışmasını istəyir.

Roman Qrojan: “Büdcə limitini sevirəm. MotoGP-yə baxıram. Orada Kratçlou liderdir və Zarko üçüncü yerdədir. Bu, inanılmazdır, çünki hər yarış fərqli sürücülər qalib gəlirlər. Bu halı Formula1-də də görmək istəyərəm. Bir yarışda Mercedes, birində Ferrari, sonra Red Bull və daha sonra Force İndia və bəlkə, Haas… Qalibi proqnozlaşdıra bilməyəndə şou daha maraqlı olur. Belə olan halda, son dövrəyə qədər mübarizə davam edir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*