R.Qrojan: “Bolidi hiss etmədim”

Haas komandasının sürücüsü Roman Qrojan Bakıdakı cümə günü sərbəst yürüşlərindən sonra bildirib ki, bolid istədiyi kimi getmir.

F-1.az xatırladır ki, fransalı sürücü Azərbaycandakı ilk sərbəst yürüşlərdə 13-cü, ikinci sərbəst yürüşlərdə isə sonuncu yeri tutub. Qrojan sessiyalar ərzində bir neçə dəfə əyləc probleminə görə tras xaricinə çıxıb.

Roman Qrojan: “Sessiyalar əsəbpozucu idi. Bolidi hiss edə bilmədim. Deyəcək sözüm yoxdur. Problemli gün idi. Problemləri dərindən araşdırmalıyıq və ümid edirəm ki, onları tapıb həll edə biləcəyik”.

Haas komandasının rəhbəri Günter Ştayner də bildirib ki, problemləri tapmaq üçün hər şeyə sıfırdan başlamalıdırlar: “Birinci sessiya yaxşı idi. Amma nahardan sonra hər problemdən bir az var idi. Traffik, trasdan kənara çıxmaq, bolidi his etməmək… Hər şeyə sıfırda başlamalıyıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*