F-1.ax xatırladır ki, fransalı sürücü dünən sıralanma turunda ikinci sessiyaya qala bilməyib.
Xatırladaq ki, Qrojan ilk cəhdində son düzlükdə yerində fırlanıb, sonuncu cəhdində isə Covinatsinin qəzasına görə sarı bayraqlara düşərək, nəticəsini yaxşılaşdıra bilməyib. Bu bəs deyilmiş kimi, sarı bayraqlar altında sürətini azaltmadığı üçün fransalı sürücüyə startda 5 yer itirmək cəzası da verilib. Beləliklə, 31 yaşlı sürücü yarışa sonuncu cərgədən başlayacaq.
Roman Qrojan: “İlk cəhdimdə hər şey qaydasında getdiyi anda birdən səbəbini anlamadığım halda yerimdə fırlandım. Deyəsən, qaz pedalına bir az tez basdım. İkinci cəhdimdə də yaxşı gedirdim və ikinci sessiyaya qalacaqdım, amma Covinatsinin qəzasına görə yavaşlamalı oldum və ikinci sessiyaya qala bilmədim.
Sabah bizi uzun yarış gözləyir. Yağış yağsa, hər şey qarışa bilər. Təkər istifadəsinə nəzarət edə bilsək, xal qazanmaq şansımız olar”.